Əməkdar artist Rahib Əliyev dünyasını dəyişib

   Əməkdar artist Rahib Əliyev dünyasını dəyişib
  28 Mart 2024    Oxunub:1064
Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist Rahib Əliyev bu gün 78 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə mərhumun oğlu Rəşad Əliyev bildirib.

Onun sözlərinə görə, Rahib Əliyevin cənazəsi sabah günorta saat 12-də Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.

Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyədək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

AzVision.az


Teqlər: aktyor   vəfat  





Xəbər lenti