5-ci "Abrams"ın vurulma anı - VİDEO

 5-ci "Abrams"ın vurulma anı    - VİDEO
  28 Mart 2024    Oxunub:702
Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin ixtiyarına verilmiş beşinci "M1 Abrams" tankını vurublar.
AzVision.az xəbər verir ki, ABŞ ordusunda istifadə olunan məşhur tank modelinin sıradan çıxarılmasını əks etdirən videonu Oryol vilayəti qubernatorunun müşaviri Sergey Lejnev özünün Telegram kanalında yayıb.

Qeyd edilir ki, görüntülər Berdıçi kəndi yaxınlığında lentə alınıb. Yayılan videoda tarlanın ortasında dayanmış "Abrams"a ruslara məxsus dronun necə hücum etməsi əks olunub.

Xatırladaq ki, Rusiya bundan öncə bir neçə dəfə hərbçilərin "Abrams" tanklarını vurması barədə məlumat yaymışdı. Bu tanklar döyüş mydanında digər köhnə döyüş maşınlarından üstün cəhətləri ilə seçilirlər.

Tural Tağıyev
AzVision.az


Teqlər:





Xəbər lenti