Emin Ağalarov:"Crocus City Hall"da təcili çıxışlar normal işləyib

  Emin Ağalarov:"Crocus City Hall"da təcili çıxışlar normal işləyib
  28 Mart 2024    Oxunub:982
Terror aktı törədilən "Crocus City Hall"da təcili çıxışlar normal işləyib.
AzVision.az xəbır verir ki, bunu “Crocus Qrup”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Rossiya 24” kanalına müsahibəsində deyib. O qeyd edib ki, məkanda kifayət qədər sayda yanğın çıxışı var.
"Putinin fikrini rəhbər tuturuq" - Emin "Crocus Sity Holl”un bərpasından danışdı


"Qapıların bağlı olduğu yerlərdə isə yanğın çıxışları deyil - bunlar xidməti otaqlardır, çünki pərdə arxasında çoxlu soyunub-geyinmə otaqları, çoxlu səsyazma studiyaları, anbarlar, avadanlıqlar olan otaqlar var. Həmin qapılar kartlarla açılır və buna yalnız şəxsi heyətə icazə verilirdi.

İnsanlar foyedə atışma olduğunu başa düşdükləri üçün yenidən ora qaçmaq istəmirdilər, ona görə də alternativ çıxış yolları axtarırdılar və dəmir qapılara rast gəlirdilər. Dəhşət və qorxu içində olan insanlar çıxış yolu axtarırdılar”.

E.Ağalarov qeys edib ki, zalda tüstünün təmizlənməsi sistemi işləyirdi və bunu kadrlardan da görmək olar. Çünki zal dumanlı deyildi və görmə qabiliyyəti qorunurdu.

O, konsert zalında təhlükəsizliyin də də düzgün işlədiyini vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti