Gəncədə zəncirvari yol qəzası baş verib

   Gəncədə zəncirvari yol qəzası baş verib
  26 Mart 2024    Oxunub:1246
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi meydana gəlib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Dönmə əməliyyatı yerinə yetirən "QAZ 3110" markalı minik maşınına "Mercedes" markalı avtomobil arxadan çırpılıb. İdarəetmədən çıxan "QAZ 3110" əks yolda hərəkət edən "VAZ 2107"yə çırpılıb.

Qəzada xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Sürücülərin sözlərinə görə, qəzaya səbəb olan "Mercedes"in sürücüsü hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   qəza   Gəncə  





Xəbər lenti