Azərbaycanda iki polis faciəvi şəkildə ölüb - Yenilənib

Azərbaycanda iki polis faciəvi şəkildə ölüb - Yenilənib
  03 İyul 2017    Oxunub:8760
Ağstafada Kür çayında boğulan polis əməkdaşlarından birinin meyiti tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış iki nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Digər 1 nəfərin axtarışı davam etdirilir.

***
Bu gün Ağstafada 2 polis əməkdaşı Kürdə boğulub.

AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Suda boğulan polis əməkdaşları Ağstafa rayon Zəlimxan kənd sakini 1991-ci il təvəllüdlü Mamayev Şahlar Ramiz oğlu və Qazax rayon Çaylı kənd sakini 1993-cü il təvəllüdlü Novruz Arif Cavad oğludur.

Hazırda dalğıclar Kür çayında Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının axtarışı ilə məşğuldurlar.

AzVision.az


Teqlər: Polis   Ağstafa   Çay  





Xəbər lenti