Dənizdə batan iki nəfər xilas edilib

Dənizdə batan iki nəfər xilas edilib
  02 İyul 2017    Oxunub:1241
Suda batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Xidmətin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Digər hadisə Mingəçevirdə baş verib. Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşib. Xilasediciləri hadisə yerinə gələrək vətəndaşı sudan çıxarıblar.

AzVision.az


Teqlər: FHN   Dəniz   Xəzər  





Xəbər lenti