Naxçıvanda döyüş atışlı təlimlər başlayıb - FOTOLAR
Motoatıcı bölmələrin yerdəyişməsi zamanı onların hava hücumundan müdafiəsini təmin edən hava hücumundan müdafiə bölmələri marş keçirərək təyinat rayonlarına çıxarılıb, atəş və start mövqeləri tutulub.
Bölmələr döyüş tapşırığı aldıqdan sonra hərbi qərarqəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, maket üzərində qarşılıqlı əlaqə və hava hücumundan müdafiə tapşırıqlarının yerinə yetirilməsinə qərar qəbul olunub. Marş zamanı yerdəyişmə həyata keçirən bölmələrə şərti düşmənin basqını dəf edilib, kolonların təyinat rayonlarına təhlükəsiz hərəkəti təmin edilib.
Təlimin döyüş atışlı mərhələsində hərəkətdən atəş və start mövqeləri tutulduqdan sonra düşmənin hava və yerüstü hədəfləri “Strella 3” daşınan zenit raket kompleksi və 23 millimetrlik zenit qurğuları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən 120 millimetrlik minaatan heyətləri də cəlb olunub.
Döyüş atışlı taktiki xüsusi təlimlərinə gedişi bir daha təsdiqləyir ki, Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə hissə və bölmələri Naxçıvan Muxtar Respublikasının hava sərhədlərini etibarlı surətdə qoruyur və düşmənin hava hücumunun dəf edilməsinə hər an hazırdır. (AzərTAc)
AzVision.az