Cəlilabadda taxıl sahələri yanıb

Cəlilabadda taxıl sahələri yanıb
  01 İyul 2017    Oxunub:1650
Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Boyxanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 9 ha biçilmiş taxıl və 0,5 ha biçilməmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Cəlilabad   Yanğın  





Xəbər lenti