Prezident Burundi liderini təbrik edib

Prezident Burundi liderini təbrik edib
  30 İyun 2017    Oxunub:1192
Azərbaycan prezidenti İlham Əliyev Burundi lideri Pyer Nkurunzizanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Burundi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Burundi xalqına sülh və tərəqqi arzulayıram”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Təbrik  





Xəbər lenti