Azərbaycana gələn əcnəbilərlə bağlı yeni şərtlər

Azərbaycana gələn əcnəbilərlə bağlı yeni şərtlər
  30 İyun 2017    Oxunub:1072
Azərbaycana daxil olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilib.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı Miqrasiya Məcəlləsinin 38-ci (Elektron vizalar) maddəsinə yeni 11-ci bənd əlavə edilib.

Yeni bəndə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşama icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Digər dəyişiklik isə elektron formada sürətləndirilmiş qaydada müraciət etdikdə belə müraciətlərə 3 saat ərzində baxılmasını təmin etməyin rəsmiləşdirilməsi ilə bağlıdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Əcnəbi   Dəyişiklik  





Xəbər lenti