Fransız şahmatçının atası turnirdə dava saldı

Fransız şahmatçının atası turnirdə dava saldı
  17 Aprel 2024    Oxunub:619
Fransanı təmsil edən qrossmeyster Əlireza Firuzcanın atası şahmat turnirində qalmaqala səbəb olub.
Xarici KİV-in yaydığı məlumata görə, insident Firuzcanın ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşdığı 10-cu tur oyununda baş verib.

Həmidreza Firuzca mühafizəçilərdən oğlunun amerikalı rəqibi ilə qarşılaşmasına baxa bilməsi üçün onu içəri buraxmağı tələb edib. Baxmayaraq ki, turnirin qaydalarına əsasən, qohumlara zalda olmaq üçün cəmi 15 dəqiqə vaxt verilir.

Chess24.com-un məlumatına görə, aqressiv ata mühafizəçilərdən polisə şikayət edəcəyi ilə hədələyib. Nəticədə dava salan kişi ərazidən uzaqlaşdırılıb. Firuzca ailəsinin problemləri bununla bitməyib. Karuana bu oyunda fransız şahmatçıya qalib gələ bilib.
AzVision.az



Teqlər: Şahmat  





Xəbər lenti