Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun posteri təqdim olunub

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun posteri təqdim olunub
  16 Aprel 2024    Oxunub:715
Azərbaycan Atıcılıq Federasiyası Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya Kubokunun rəsmi posterini təqdim edib.
Qurumun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, atıcılıq üzrə Dünya Kuboku mayın 1-dən 12-dək 8-ci dəfə ölkəmizdə baş tutacaq.

Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir.

Biletləri yaxın günlərdə iticket.az saytından əldə etmək mümkün olacaq.

AzVision.az


Teqlər: idman   atıcılıq   Dünya-Kuboku   poster  





Xəbər lenti