Ukraynada hava hücumu ilə bağlı xəbərdarlıq

   Ukraynada hava hücumu ilə bağlı xəbərdarlıq
  16 Aprel 2024    Oxunub:460
Ukraynanın dörd bölgəsində hava hücumu xəbərdarlığı elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, həyəcan siqnalı yerli vaxtla saat 15:38-də elan edilib.

Aprelin 16-da səhər saatlarında Xerson vilayətinin Ukraynanın nəzarətində olan ərazilərində infrastruktur obyektlərinə ziyan dəydiyi bildirilir.

Partlayışlar Ukraynanın qərbindəki Xmelnitski vilayətində də baş verib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Qərb silahlarına ehtiyacını bir daha bəyan edib .

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti