Dövriyyəsi məhdudlaşdırılan narkotiklərin siyahısında dəyişiklik

Dövriyyəsi məhdudlaşdırılan narkotiklərin siyahısında dəyişiklik
  15 Aprel 2024    Oxunub:572
Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir.
Bununla bağlı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”nda dəyişiklik olunur.

Dəyişikliklə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr” fəslindən “Dihidrokodein” və “Properidin” çıxarılıb.
Digər dəyişikliklə isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr” fəslinə “Dekstrometorfan” (başqa mürəkkəbtərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır) əlavə olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti