İki ölkə Ukraynaya mina axtaran gəmilər verir

İki ölkə Ukraynaya mina axtaran gəmilər verir
  15 Aprel 2024    Oxunub:551
Hollandiya ilə Belçika minaların axtarışı və məhv edilməsi üçün nəzərədə tutulan xüsusi gəmiləri Ukraynaya verməyə hazırlaşır.
Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk "Rada" telekanalının efirində danışıb.

“Hazırda daha üç gəmi Ukraynaya göndərilməsi üçün yığılır. Onlar indi hazırlanırlar. Ekipajlar isə artıq gəmi üzərində təlim keçməyə başlayıblar”, - hərbçi qeyd edib.

Pletençukun sözlərinə görə, Kiyev Qərb ölkələrindən ümumilikdə 5 minalara davamlı gəmi almaq niyyətindədir.
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti