"Sabah" "Qarabağ"a qalib gəldi

   "Sabah" "Qarabağ"a qalib gəldi
  14 Aprel 2024    Oxunub:745
Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulub.
AzVision.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. "Səbail" "Kəpəz"i qəbul edib. Dramatik oyun 3:3 hesabı ilə başa çatıb.

28-ci turda çempionluğunu rəmiləşdirən "Qarabağ" isə səfərdə "Sabah"la qarşılaşıb. Oyunda "Sabah" Ağdam təmsilçisinə 3:2 hesabı ilə qalib gəlib.

19:00."Sabah" – "Qarabağ" - 3:2

Qollar: Leandro Andrade, 7 (0:1), Amin Seydiyev, 17 (1:1), Cesse Sekidika, 39 (2:1), Tellur Mütəllimov, 57 (3:1), Nəriman Axundzadə, 77 (3:2)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
"Bank Respublika Arena"

16:30."Səbail" – "Kəpəz" - 3:3

Qollar: Elmir Tağıyev, 25 (0:1), Latir Fal, 29 (0:2), Pedro Nuno, 49 (1:2), Aleksandr Ramalinqom, 53 (2:2), Rüfət Abdullazadə, 73 (3:2), Mate Kvirkviya, 90+6 (3:3)

Qırmızı vərəqə: Adi Mehremiç, 90+2 ("Səbail")
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
"ASCO Arena"

AzVision.az


Teqlər:





Xəbər lenti