“Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub

   “Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub
  14 Aprel 2024    Oxunub:831
Almaniya Bundesliqasında 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.
AzVision.az xəbər verir ki, Xabi Alonsonun başçılıq etdiyi "Bayer" komandası XXIX turda çempionluğu rəsmiləşdirib.

Leverkuzen təmsilçisi doğma meydanda “Verder” klubunu 5:0 hesabı ilə məğlub edərək xallarının sayını 79-a çatdırıb. Komanda bununla da tarixində ilk dəfə ölkə çempionu titulunu qazanıb.

"Bayer" bu mövsüm keçirdiyi 29 matçın heç birində məğlub olmayıb, 25 qələbə və 4 heç-heçə ilə yadda qalıb.

"Bavariya" isə 63 xalla ikinci pillədə qərarlaşıb.


AzVision.az



Teqlər:





Xəbər lenti