Erməni hərbçilər qəzaya düşüblər, xəsarət alanlar var

Erməni hərbçilər qəzaya düşüblər, xəsarət alanlar var
  13 Aprel 2024    Oxunub:625
Ermənistanın Geqarkunik ərazisində hərbçilərin olduğu yük avtomobilinin qəzaya uğraması nəticəsində iki hərbi qulluqçu yaralanıb.
Bu barədə "Sputnik Armeniya" Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb. Onun sözlərinə görə, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, aprelin 12-də Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti