Millimiz Macarıstanla səfərdə heç-heçə qalıb

Millimiz Macarıstanla səfərdə heç-heçə qalıb
  05 Aprel 2024    Oxunub:1119
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində ilk oyunu baş tutub.
AzVision.az xəbər verir ki, kollektiv Siyasət Əsgərovun baş məşqçiliyi altında səfərdə Macarıstanla üz-üzə gəlib.

Əvvəlcə 44-cü dəqiqədə meydan sahibləri Henrietta Çizarın qolu ilə hesabı açıblar. Qarşılaşmada son nöqtəni 74-cü dəqiqədə Sevinc Cəfərzadə qoyaraq, komandamıza 1 xal qazandırıb.

B Liqasının I qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.

Yığmamız II turda aprelin 9-da İsveçrə ilə görüşəcək.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti