Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
  02 May 2024    Oxunub:549
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən H.Abdullayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, sürücü idarə etdiyi "VAZ-21014" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün ona "saxla" işarəsi verilib.

Yoxlama zamanı H.Abdullayevin narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana, eləcə də metadon həbi istifadə etdiyi müəyyən olunub.

H.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Həmçinin bölmə əməkdaşları motosiklet sürücülərinin təhlükəsizliyinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçiriblər. Sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmadan bu növ nəqliyyat vasitələri idarə edən sürücülər aşkar edilib. Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub

AzVision.az


Teqlər: DİN   hadisə   narkotika  





Xəbər lenti