“Final” çay Laçında layihə həyata keçirib - FOTOLAR

“Final” çay Laçında layihə həyata keçirib  - FOTOLAR
  01 May 2024    Oxunub:364
“Bilim hər yerdə” layihəsi bu dəfə Laçın rayonunda və Zabux kəndində reallaşdırılıb. Layihə “Final” çayın ,“ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”nin və “Bilim Bakı Mərkəzi”nin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Layihə 6-14 yaş arası ucqar ərazilərdə yaşayan məktəbliləri əhatə edir. Əsas məqsəd şagirdləri müasir elmlə tanış etmək, onların proqramlaşdırma və texnoloji bacarıqları öyrənmələrinə şərait yaratmaqdır. Həmçinin innovasiya və texnologiya sahəsində məlumatlılığı artırmaqdır.
Layihə çərçivəsində 100-ə yaxın şagirdə dizayn, təbiət elmləri və texnologiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib. Yeni biliklər qazanan şagirdlər öyrəndiklərini real tətbiq etməyə çalışıblar. Bununla yanaşı maarifləndirici, intellektual oyunlar oynanılıb və “Bilim şou” nümayiş edilib.
Sonda şagirdlərə sertifikatlar və “Final” çaydan hədiyyələr verilib.

30 ildir ki, böyük rəğbət və sevgi ilə qarşılanan “Final” çay müasir texnologiyaların tətbiqi ilə keyfiyyəti əsas tutaraq inkişaf edib və yeniliklərlə hər zaman istehlakçıları diqqətdə saxlayıb.

AzVision.az

Qalereya




Teqlər: Laçın  





Xəbər lenti