Avroviziyanın ulduzu Ukrayna ordusuna qoşulub

Avroviziyanın ulduzu Ukrayna ordusuna qoşulub
  02 May 2024    Oxunub:677
“Eurovision 2024” müsabiqəsi ilə bağlı milli seçimlərdə yüksək səviyyədə çıxış etmiş NAHABA qrupunun solisti Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub.
AzVision.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. Qeyd edilir ki, Andrey Naumenko uzun müddətdir ki, əlinə silah alaraq döyüşlərə qatılır.

Hava Komandanlığı Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumata görə, o, artıq 6 aydır ki, əfsanəvi 40-cı briqadada xidmət edir. Naumenko bu müddət ərzində ümumi hərbi hazırlıq və peşə hazırlığı keçib, aviatexnikliyin sirlərinə yiyələnib.

Eyni zamanda o, sənətçi, yaradıcı insan kimi də özünü inkişaf etdirir. Naumenko döyüş növbətçiliyindən sonra yaranan fasilələrdə məşq edir və yeni mahnılar hazırlamağa vaxt da tapır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti