"IT HUB Azerbaijan" əmək və karyera sərgisi baş tutacaq

"IT HUB Azerbaijan" əmək və karyera sərgisi baş tutacaq
  29 Mart 2024    Oxunub:772
Aprelin 2-də Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Bakı Ali Neft Məktəbi (BANM) və “StrategEast” şirkətinin birgə təşkilatçılığı ilə əmək və karyera sərgisi keçiriləcək.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, "IT HUB Azerbaijan" adlı sərgi BANM-ın Bayıl korpusunda baş tutacaq, ölkənin aparıcı rəqəmsal və texnologiya şirkətlərini bir araya toplayacaq.

"Gələcək iş, gələcəyi dəyiş!" devizi ilə keçirilən tədbirdə ölkənin 100-ə yaxın texnologiya və rəqəmsal şirkəti iştirak edəcək. Sərgidə ölkənin müxtəlif universitetlərində İKT sahəsində təhsil alan sonuncu kurs tələbələri və məzunlar ixtisaslarına uyğun karyera perspektivləri ilə tanış ola biləcəklər.

Qeydiyyat üçün: https://azerbaijan.jobfair.strategeast.org

AzVision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi   sərgi  





Xəbər lenti