Əli Nağıyev: "DTX Vətən müharibəsində qələbəyə öz töhfəsini verib"

      Əli Nağıyev:    "DTX Vətən müharibəsində qələbəyə öz töhfəsini verib"
  28 Mart 2024    Oxunub:905
"Qürurverici haldır ki, bu gün artıq Dövlət Təhlükəsizliyi Xidmətində “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüş 7 əməkdaş xidmət edir".
AzVision.az xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışı zamanı söyləyib:

"Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində böyük inam və əzmlə Ali Baş Komandanın ətrafında sıx birləşərək qələbənin əldə olunmasına digər hərbi strukturlar
kimi Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti də öz töhfəsini vermişdir".


O həmçinin 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əldə etdiyi ən böyük uğurlardan danışarkən deyib:

"Dövlət Təhlükəsizliyi Xidmətinin əldə etdiyi ən böyük uğurlardan biri Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi sayəsində ölkəmizin Qarabağ ərazisində uzun illər kök salmış separatçı-kriminal xunta rejiminin rəhbərlərinin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi və onların törətdikləri qanlı cinayətlərinə hüquqi qiymətin verilməsi istiqamətində gördüyü işlərdir".

AzVision.az


Teqlər: DTX   yubiley   tədbir  





Xəbər lenti