SOCAR prezidentinə yeni müşavir təyin olunub

   SOCAR prezidentinə yeni müşavir təyin olunub
  28 Mart 2024    Oxunub:666
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfə yeni müşavir təyin edilib.
SOCAR-dan AzVision.az -a bildirilib ki, bu vəzifəyə “Azneft” İstehsalat Birliyinin keçmiş baş direktoru Şahmar Hüseynov təyin edilib.

Xatırladaq ki, bu gün Əli Qurban oğlu Qurbanov “Azneft” İB-nin yeni baş direktoru təyin edilib. O daha əvvəl “Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.

AzVision.az


Teqlər: SOCAR   təyinat  





Xəbər lenti