15 ildən köhnə avtomobillərin taksi fəaliyyəti qadağan ediləcək

   15 ildən köhnə avtomobillərin taksi fəaliyyəti qadağan ediləcək
  28 Mart 2024    Oxunub:823
Azərbaycanda buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək.
AzVision.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də əksini tapıb.

Qərara əsasən, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   qərar   taksi  





Xəbər lenti