AYNA: "Parklanmadan daxilolmalar xərcləri tam qarşılamır, təmirə ehtiyac var"

  AYNA:  "Parklanmadan daxilolmalar xərcləri tam qarşılamır,  təmirə ehtiyac var"
  27 Mart 2024    Oxunub:899
Aprelin 1-dən etibarən “Qış Parkı” və Azadlıq meydanındakı yeraltı avtodayanacaqlarda saatlıq və aylıq parkinq qiymətləri yeni artan qiymətlərlə hesablanacaq. Belə ki, “Qış Parkı”nın dayanacağında aylıq parkinq qiymətləri 30 manatdan 80 və 120 manata qalxacaq. Azadlıq meydanında isə aylıq paketlərdə 12 saatlıq məbləğ 100, 24 saatlıq məbləğ isə 140 AZN müəyyən edilib. Yeni qiymətlər sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə, Bakının mərkəzi hissəsində işləyən şəxslər avtomobillərini saxlamaq üçün bu qiymətlərin fantastik olduğunu qeyd ediblər.
ADY-dən parkinq qiymətləri ilə bağlı açıqlama: "Sərnişinlərin rahat hərəkəti üçün edilib"
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, qurumun balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik–4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir.

"Qeyd edək, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır.

Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur.

Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:   Parklanma   Qiymət  





Xəbər lenti