Moskavadakı terrorda xəsarət alanların sayı artıb

   Moskavadakı terrorda xəsarət alanların sayı artıb
  27 Mart 2024    Oxunub:754
Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktı zamanı yaralıların sayı 360 nəfərə çatıb.
Bu barədə Rusiya Federal Tibbi Fəlakətlər Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, yaralıların arasında 11 uşaq da var.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 139 nəfər ölüb. Daha sonra Bryansk vilayətində terror aktında şübhəli bilinən 4 nəfər saxlanılıb. Ertəsi gün onlar tutularaq mayın 22-dək istintaq təcridxanasına göndərilib. Onları ömürlük həbs gözləyir.

Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.


AzVision.az


Teqlər:





Xəbər lenti