Makron Avropada Merkelin yerini tutmaq istəyir

   Makron Avropada Merkelin yerini tutmaq istəyir
  27 Mart 2024    Oxunub:810
Fransa prezidenti Emmanuel Makron Ukrayna məsələsində döyüşkən ritorikası ilə Avropa liderinin yerini tutmağa və Almaniya kansleri Angela Merkelin 2021-ci ildə vəzifəsindən getməsi ilə yaranan boşluğu doldurmağa çalışır.
Bu barədə Bloomberg yazıb. Qeyd olunub ki, Fransa xarici siyasət əzələlərini gücləndirməyə çalışır: “Lakin, Avropadan kənarda baş verən son xarici siyasət macəralarında bəzi səhv addımlar olub. Makronun Afrikadakı strategiyası iflasa uğrayıb”.

Parisdə yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun nümayəndəsi Rim Momtaz bildirib ki, indi Fransa prezidenti Ukraynada münaqişənin başlanğıcında buraxılmış səhvi düzəltməyə və bu məsələdə “Avropa liderliyini qətiyyətlə ələ keçirməyə” çalışır.

AzVision.az


Teqlər:





Xəbər lenti