Mingəçevirdə sürücü törətdiyi qəzada öldü

Mingəçevirdə sürücü törətdiyi qəzada öldü
  27 Mart 2024    Oxunub:730
Bu gün saat 00:26-da Mingəçevir ərazisində 99-DZ-700 dövlət nömrə nişanlı “Audi” markalı maşın yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və dəmiryol keçidinin yaxınlığında təmas xəttinin dirəyinə çırpılıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Bildirilib ki, baş vermiş qəza nəticəsində sürücü vəfat edib.

“ADY bir daha nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə çağırır”, - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti