Terrorda ölənlərin sayı 143 nəfərə çatıb

 Terrorda ölənlərin sayı    143 nəfərə çatıb
  27 Mart 2024    Oxunub:2208
"Crocus City Hall" konsert zalında törədilən terror aktı nəticəsində 180 nəfər xəsarət alıb. Bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi məlumatına görə, terror aktında 143 nəfər həlak olub.

Yenilənmiş siyahı Rusiya Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanır.

* * *

Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına əsasən, terror aktında ölənlərin sayı 139-a (3-ü uşaq) çatıb.

Ölənlərdən 40-ı güllə yaralarından, 45-i isə yanğından dünyasını dəyişib. 75 nəfərin şəxsiyyəti müəyyən edilib.

* * *

Yenilənmiş məlumata görə, 180 yaralıdan 142-si xəstəxanaya yerləşdirilib. Hazırda xəstəxanalardan 32 nəfər evə buraxılıb.

* * *

Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 137 nəfərə çatıb.

Bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

"Ölənlərin meyitlərinin tanınması davam etdirilir. Hazırda terror aktı yerindən 3-ü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb. Hadisə yerinə baxış davam edir. Bu günə kimi 62 nəfərin kimliyi müəyyən edilib”, - məlumatda deyilir.

İstintaq Komitəsi qeyd edib ki, hazırda zərərçəkmişlərlə bağlı istintaq hərəkətləri aparılır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti