Rusiyada hərbi təyyarə qəzası: 15 ölü

   Rusiyada hərbi təyyarə qəzası: 15 ölü
  12 Mart 2024    Oxunub:787
Rusiyanın İvanovsk vilayətində “Severnıy” aerodromunda “İl-76” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 15 nəfər ölüb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya səbəb mühərriklərdən birinin uçuş zamanı yanmasıdır:

“Martın 12-də Moskva vaxtı ilə saat 13:00 radələrində İl-76 hərbi-nəqliyyat təyyarəsi planlı uçuşla havaya qalxarkən İvanovo vilayətində qəzaya uğrayıb. Təyyarədə səkkiz ekipaj üzvü və yeddi sərnişin olub. Hadisə yerindən verilən məlumata görə, qəzaya səbəb təyyarənin havaya qalxması zamanı mühərriklərdən birində baş verən yanğın olub”.

Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanlığının komissiyası təyyarənin qəzaya uğramasının səbəblərini müəyyən etmək üçün İvanovo aerodromuna uçub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti