ANAMA daha 191 mina aşkarladı

ANAMA daha 191 mina aşkarladı
  11 Mart 2024    Oxunub:583
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan bildirilib ki, martın 4-dən 10-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 128, tank əleyhinə 63 mina və 316 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 997.1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti