Azyaşlının cibində türməyə narkotik keçirmək istədi

Azyaşlının cibində türməyə narkotik keçirmək istədi
  11 Mart 2024    Oxunub:774
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı 15 saylı cəzaçəkmə müəssisəsinə azyaşlının cibində narkotik keçirməyə çalışan qadını saxlayıb.
Bu barədə AzVision.az -a Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən məlumat verilib. Bildirilib ki, məhkum Əfləddin Xəyyam oğlu Seyfullazadə ilə görüşə gəlmiş tanışı Ülviyyə Azər qızı Rzayevanın və azyaşlı qızınım əşyalarına və üzərilərinə baxış keçirilən zaman onun şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti