Gədəbəydə 7 nəfər dəm qazından zəhərlənib

Gədəbəydə 7 nəfər dəm qazından zəhərlənib
  11 Mart 2024    Oxunub:810
Gədəbəydə bir gündə 7 nəfər dəm qazından zəhərlənib.
Rayonun Qaradağ kənd sakinləri 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli,1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı, Gədəbəy şəhəri Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynov, rayonun Gərgər kəndindən 2 nəfər - 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər.

Zəhərlənənlərə dərhal təcili tibbi yadım göstərilib. Hazırda vəziyyətlərinin normal olduğu bildirilir. İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti