Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib
  11 Mart 2024    Oxunub:751
Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, martın 11-də saat 1 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-2104” markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.

Müxtəlif bədən xəsarətləri alan avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Qəhrəmanov Ceyhun Vəli oğlu hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti