Vərəm xəstələri üçün yeni normalar irəli sürüləcək

   Vərəm xəstələri üçün yeni normalar irəli sürüləcək
  05 Mart 2024    Oxunub:592
Vərəm xəstələri üçün yeni ərzaq normaları tətbiq olunacaq.
AzVision.az xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 103 nömrəli Qərarı ilə təsdiq edilmiş 5 saylı Əlavəyə əsasən, qidalandırılan vərəm xəstələri üçün yeni zənginləşdirilmiş ərzaq normaları mütəxəssislər tərəfindən işlənilir.

Xəstələrin qidalanmasına xüsusi diqqətin yetirilməsi çox vacibdir. Vərəmli xəstələrin sağalmasında onların qidalanması böyük rol oynayır.

AzVision.az


Teqlər: xəstəlik   vərəm   ərzaq   norma  





Xəbər lenti