“Facebook”və “Instagram”dakı problem aradan qaldırıldı - Yenilənib

  “Facebook”və “Instagram”dakı problem aradan qaldırıldı -  Yenilənib
  05 Mart 2024    Oxunub:1160
“Facebook” və “Instagram” sosial şəbəkələrinin normal fəaliyyəti bərpa olunub.
AzVision.az xəbər verir ki, hazırda sosial şəbəkələrə daxil olmaq mümkündür.

Qeyd edək ki, “Facebook”və “Instagram” yaranan problemə görə istifadəçilər öz profillərinə giriş edə bilmirdilər.
***
“Facebook” və “İnstagram”ın işində qlobal problem meydana gəlib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Facebook" və "İnstagram" platformalarında yaranmış problemlə bağlı açıqlama yayıb:

"Sözügedən problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib. Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur. Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır".

* * *
19:43
AzVision.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin hesablarından avtomatik çıxış edilib.

Hazırda hesablara yenidən giriş mümkün deyil.

AzVision.az


Teqlər: sosial-şəbəkə   problem  





Xəbər lenti