"Kapitan Marvel"in ulduz aktyoru 39 yaşında vəfat etdi

"Kapitan Marvel"in ulduz aktyoru    39 yaşında vəfat etdi
  26 Fevral 2024    Oxunub:952
Kanadalı aktyor Kennet Mitçel 49 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə sənətçinin ailəsi İnstaqramda məlumat yayıb.

“Sevimli ata, ər, qardaş, dayı, oğul və əziz dost Kennet Aleksandr Mitçelin vəfatını ürək ağrısı ilə bəyan edirik”, - paylaşımda yazılıb.

Mitçel 2019-cu ildən bəri mərkəzi sinir sisteminin sağalmaz degenerativ xəstəliyi olan amiotrofik sklerozla mübarizə aparırdı.

Aktyor "Grey's Anatomy", "Qrimm", "Lie to Me" və digər seriallarda rol alıb. O, daha çox "Star Trek: Discovery" filmindəki Aurellio və "Captain Marvel" filmindəki Cozef Danvers rolları ilə tanınır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti