Leyla Şəripovanın cənazəsi yandırılıb, külü dənizə səpiləcək - FOTOLAR

   Leyla Şəripovanın cənazəsi yandırılıb, külü dənizə səpiləcək -    FOTOLAR
  23 Fevral 2024    Oxunub:1198
Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın xalq artisti Leyla Şəripovanın cənazəsi yandırılacaq.
Bu barədə məlumatı ailənin yaxın dostu Əmirəli Qızıllı Moderator.az-a təsdiqləyib.
Leyla Şəripova Almaniyada vəfat edib


“Dünən nəvəsi Əmir ilə danışdım. O bildirdi ki, nənəsi vəsiyyət edib ki, onu yandırıb külünü dənizə səpsinlər. Ailəsi onun vəsiyyətini yerinə yetirəcək".

Qeyd edək ki, Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova Almaniyanın Düsseldorf şəhərində 93 yaşında vəfat edib.




AzVision.az


Teqlər:  





Xəbər lenti