Məmməd İsmayılın vəziyyəti pisləşdi

   Məmməd İsmayılın vəziyyəti pisləşdi
  15 Fevral 2024    Oxunub:1848
Ustad şair Məmməd İsmayılın vəziyyəti pisləşib. AzVision.az xəbər verir ki, bu barədə publisist Bahəddin Həzi məlumat yayıb.
"Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq. Şairin halı pisləşib. Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti, dəstəyi lazımdır.

Bəli, türk dünyasının böyük söz adamı, nəhəng şair, alim Məmməd İsmayılı itirmək qorxumuz var. Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi hərəkətə gəlməlidir. Ziyalılar bu məsələni qaldırmalıdır, xəstə, yaşlı şairə kömək etməliyik".

AzVision.az


Teqlər:





Xəbər lenti