“Bizim Cəbiş müəllim” filminin “Namiq”-i haralardadır?

   “Bizim Cəbiş müəllim” filminin “Namiq”-i haralardadır?
  15 Fevral 2024    Oxunub:1356
“Filmlərə, seriallara az baxıram, amma baxdıqlarımda səviyyə aşağıdır. Nadir hallarda izləyirəm. Səviyyənin aşağı olması rejissordan, ssenaristdən, aktyorlardan asılıdır. Atam Həsən Seyidbəylinin məktəbi, təhsili, müəllimləri başqa idi. Bu gün iki kinoittifaqımız var. Mənə elə gəlir ki, bir ittifaq olmalıdır. Vaxtilə Rüstəm İbrahimbəyov tərəfindən yaradılan ittifaq. Atam da ittifaq sədri olub. O vaxt ittifaq Hökumət Evində yerləşirdi. Mən heç birinə üzv deyiləm. Çünki aktyor deyiləm. Aktyorluq mənlik deyil. Atam məni, bacımı və qardaşımı filmlərdə sırf ona görə çəkib ki, ekranlarda qalaq”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həsən Seyidbəylinin oğlu, “Bizim Cəbiş müəllim” filminin Namiqi Ziya Seyidbəyli deyib. Ziya Seyidbəyli hazırkı fəaliyyətindən də danışıb.

“Neft sahəsində çalışırdım. İqtisadçıyam, mühəndisəm. Uzun müddət dövlət qulluğunda çalışmışam. 63 yaşım olanda təqaüdə çıxdım. Hazırda Bakı Şəhər İcra Hakimiyyətində çalışıram”.

Ziya Seyidbəyli bildirib ki, oğlu atasının adını daşıyır.

“Oğluma atamın adını vermişəm. Qısametrajlı filmlər, reklamlar çəkir. AYB-nin üzvüdür, bir əsər də yazıb. Özəl şirkəti də var”.

Ziya bəy “Bizim Cəbiş müəllim” filmində Makedon rolunu oynayan Aqil Ağacanovla bağlı da fikir bildiirb:

“Aqil bir dəfə kinoda çəkilib, amma yaxşı oynayıb. Müsahibələrində şikayətlənir, diqqətsizlikdən gileylənir. O aktyor deyil, axı, xalq artisti adı verməli idilər?!. Bu, düzgün deyil. Bizim xasiyyətimiz, səviyyəmizz başqadır. Hərəmiz öz işimizlə məşğuluq. Pirşağıda kababçı işləyir. Biz heç vaxt dost olmamışıq, düşmən də deyilik”,- Z. Seyidbəyli deyib.



AzVision.az




Teqlər:





Xəbər lenti