Stallone məşhur "Rembo" obrazını Qoslinqə verir?

Stallone məşhur "Rembo" obrazını    Qoslinqə verir?
  12 Fevral 2024    Oxunub:866
Məşhur aktyor Silvester Stallone həmkarı Rayan Qoslinqlə görüşdükdən sonra onu "Rembo" rolunda görmək istədiyini bildirib.
AzVision.az xəbər verir ki, ulduz aktyor bunu "Cimmi Fallonlu gecə şousu" verilişində qonaq olarkən deyib.

"Qoslinq "Rembo" obrazı ilə ortaq cəhətlərinin çox olduğunu dedi. Və bunun maraqlı olacağını düşündüm. Estafeti nə vaxtsa ötürsəm, bu, ancaq Qoslinqə olacaq. Çünki o, bu personajı sevir", - Stallone qeyd edib.

Aktyor əlavə edib ki, söhbəti zamanı Qoslinq ona Vyetnam müharibəsi veteranı Con Rembo kimi geyinərək məktəbə necə getməsindən danışıb.

Qeyd edək ki, "Rembo" franşizasının davam etdirilməsi ilə bağlı rəsmi açıqlama verilməyib. Lakin prodüserlər Kevin Kinq, Templeton və Les Ueldon filmin altıncı hissəsinin yaradılmasında maraqlı olduqlarını bildiriblər.


Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti