Xalq artisti Firəngiz Şərifovanın 100 illiyi qeyd olunub - FOTO

Xalq artisti Firəngiz Şərifovanın 100 illiyi qeyd olunub -    FOTO
  10 Fevral 2024    Oxunub:1170
Fevralın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Firəngiz Şərifovanın 100 illiyi münasibətilə "Dəli yığıncağı" tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, dahi mütəfəkkir Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşadan əvvəl aktrisanın teatr və kino fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.

Aktrisanın sənət dostları çıxış edərək milli teatr sənətində Firəngiz Şərifovanın yaratdığı misilsiz rollardan, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışaraq, xatirələrini bölüşüblər.

Sonra Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa nümayiş olunub. Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Vahid Əliyev, Şövqi Hüseynov, Nofəl Vəliyev, Elnur Bəhrəmxan, aktyorlar Kərəm Hadızadə, Ədalət Əbdülsəməd, Natiq Fərzəliyev, Rəşad Səfərov, Aygün Fətullayeva, Anar Seyfullayev, Ramiq Nəsirov, Şəbnəm Hüseynova, Vüqar Məmmədəliyev, Elşən Şıxəliyev, Rövşən Abbasov, Könül Əbilova, Elgün Yəhyayev, Tahir İsmayılov, Sənan Kazımov, İlahə Əmirxanova, Fəridə Qurbanova, İmran Qurbanov və Mətləb Abuşov iştirak ediblər.

AzVision.az

Qalereya




Teqlər: aktrisa   yubiley   tədbir  





Xəbər lenti