"Bir dəlinin qeydləri" tamaşasının 30 illiyi qeyd olunub - FOTO

"Bir dəlinin qeydləri" tamaşasının 30 illiyi qeyd olunub -    FOTO
  10 Fevral 2024    Oxunub:1029
Fevralı 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Nikolay Qoqolun "Dəlinin gündəliyi" əsəri əsasında hazırlanan "Bir dəlinin qeydləri" monotamaşasının 30 illiyi qeyd olunub.
İlk dəfə 1994-cü ilin ilin oktyabrında Xalq artisti Cənnət Səlimovanın quruluşunda teatrsevərlərə təqdim olunan tamaşada Poprişşin obrazını Əməkdar artist Şövqi Hüseynov canlandırıb.

Tamaşanın nümayişindən əvvəl teatrın truppa rəhbəri Ələsgər Muradxanlı çıxış edərək tamaşanın yaranma tarixindən, qazandığı uğurlardan söz açıb və yaradıcı heyəti təbrik edərək, Şövqi Hüseynova teatr rəhbərliyi adından gül dəstəsi təqdim edib.

Daha sonra tamaşa nümayiş olunub.

Qeyd edək ki, səhnə əsəri dünyanın bir çox ölkəsində nüfuzlu festivallarda iştirak edib. Şövqi Hüseynov dəfələrlə ən yaxşı kişi roluna görə mükafatlara layiq görülüb.

Tamaşada xırda dəftərxana məmuru Poprişşin öz müdirinin qızına vurulur və getdikcə ağlını itirməyə başlayır. Gah itlə danışır, gah özünü İspaniya kralı zənn edir, gah da gündəliyə “43 aprel 2000-ci il” kimi absurd tarixlər qoyur. Qeydlərin sonunda o, dəli olur. Tamaşaçı xırda bir məmurun dəli olma prosesinin canlı şahidinə çevrilir.

AzVision.az

Qalereya




Teqlər: teatr   tamaşa   yubiley   aktyor  





Xəbər lenti