BDU-nun tələbəsi vəfat edib

   BDU-nun tələbəsi vəfat edib
  01 Fevral 2024    Oxunub:1714
Bakı Dövlət Universitetinin tələbəsi vəfat edib.
AzVision.az xəbər verir ki, bu haqda universitetin rəsmi səhifəsində məlumat yayılıb. Bildirilib ki, Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev dünyasını dəyişib.

2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş Şahin Əliyev Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

Allah rəhmət eləsin!

AzVision.az







Teqlər:





Xəbər lenti