Bu il 38 təhsil müəssisəsinin təmir-tikinti işləri aparılacaq

Bu il 38 təhsil müəssisəsinin təmir-tikinti işləri aparılacaq
  22 Yanvar 2024    Oxunub:1286
Elm və təhsil naziri Emin Əmrullayev Göyçaya səfəri zamanı təmirə ehtiyacı olan 9 nömrəli tam orta məktəbə baxış keçirib.

Nazirlikdən bildirilib ki, məktəbdəki mövcud şəraitlə tanış olan nazir müvafiq şəxslərə təhsil müəssisəsində aparılacaq təmir işlərinin sürətləndirilməsi üçün tapşırıqlar verib.

Nazirə məlumat verilib ki, bu il məktəbin layihələndirilməsi başa çatdırılacaq və dərhal sonra təmir işlərinə start veriləcək.

Qeyd olunub ki, ötən il 40 təhsil müəssisəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təmir-tikinti işləri həyata keçirilib. Bu il 38 təhsil müəssisəsinin təmir-tikinti işləri aparılacaq. Hazırda layihələndirilməsi həyata keçirilən 32 təhsil müəssisəsinin isə təmir-tikintisi planlaşdırılır.

Təhsil müəssisələrinin təmir-tikintisi Elm və Təhsil Nazirliyinə dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində prioritetlik dərəcəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti