Türk astronavt Beynəlxalq Kosmik Stansiyaya çatıb- Video

   Türk astronavt Beynəlxalq Kosmik Stansiyaya çatıb-  Video
  20 Yanvar 2024    Oxunub:1834
Türkiyənin ilk astronavtı Alper Gezeravcını və üç komanda yoldaşını Beynəlxalq Kosmik Stansiyaya aparan "AX-3 Dragon" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya çatıb.
AzVision.az xəbər verir ki, bu barədə "Axiom Space" məlumat yayıb.

Məlumata əsasən, BKS-ə gələn komanda 27 sentyabr 2023-cü ildə missiyasına başlayan 70 saylı ekspedisiya astronavtı və kosmonavtları tərəfindən qarşılanacaq.

Qeyd edək ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da "AX-3" missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib. O, 14 gün BKS-də qalacaq və missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə 13 fərqli elmi təcrübə həyata keçirəcək.




AzVision.az


Teqlər: Türkiy   astronavt  





Xəbər lenti