Sumqayıt dəmir yolu vağzalında yanğın olub

      Sumqayıt dəmir yolu vağzalında yanğın olub
  20 Avqust 2023    Oxunub:5671
Sumqayıt dəmir yolu vağzalında yanğın olub.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb. İlkin ehtimala görə, kondisionerdə qısaqapanmadan sonra yaranan alov alkapon və naqillərə keçib.

AzVision.az


Teqlər:





Xəbər lenti