Bugünkü imtahanların nəticələri bir həftəyə açıqlanacaq

Bugünkü imtahanların nəticələri bir həftəyə açıqlanacaq
  03 İyun 2021    Oxunub:1359
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.
DİM-dən Azvision.az -a bildirilib ki, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanlar 16 şəhər və rayonda keçirilib.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti